Qərb və Rusiya Qarabağla bağlı gizli danışıqlar aparıbmış - Nələr müzakirə edilib...

4-10-2023, 10:57           
Qərb və Rusiya Qarabağla bağlı gizli danışıqlar aparıbmış -
ABŞ, Avropa İttifaqı (Aİ) və Rusiyanın yüksək səviyyəli rəsmiləri Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən bir neçə gün əvvəl Qarabağdakı vəziyyətlə bağlı gizli danışıqlar aparıblar.
Teref.az modern.az-a istinadlaa xəbər verir ki, bu barədə "Politico" qəzeti yazıb.

Danışıqların Türkiyədə baş tutduğu bildirilir. Müzakirələrlə tanış olan yüksək səviyyəli diplomat nəşrə bildirib ki, görüş sentyabrın 17-də İstanbulda keçirilib.

Görüşdə Xankəndiyə gedən yük maşınlarının necə hərəkət etməsi, ərzaq və yanacaq təchizatının çatdırılması müzakirə edilib.

ABŞ-ı Vaşinqtonun Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono təmsil edib, Aİ isə Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı göndərib. Rusiyadan isə Cənubi Qafqaz üzrə xüsusi nümayəndə olan İqor Xovayev iştirak edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.