“Hər şey İrəvan Xanlığının bərpası ilə bitə bilər” - Şevçenko

4-10-2023, 13:16           
“Hər şey İrəvan Xanlığının bərpası ilə bitə bilər” - Şevçenko
“Baş verənlər dünya münasibətləri sisteminin tamamilə dağılması deməkdir, bəzi ölkələrin parlamentlərinin qərarları geridönməz hal ala bilər”.

TEREF.AZ-ın məlumatına görə, Teleqraf.com "Hraparak"a istinadla xəbər verir ki, bunu rusiyalı politoloq Maksim Şevçenko Ermənistan parlamentinin Roma Statutunu ratifikasiya qərarına münasibət bildirərkən deyib.

Ekspert hesab edir ki, Ermənistan bu addımı atmaqla olan-qalan müstəqilliyini də tam itirir.

Şevçenko vurğulayıb ki, Azərbaycanla müharibə artıq Ermənistanın suveren dövlət kimi mövcudluğunu sual altına qoyub və İrəvan üçün hər şey adının Qərbi Azərbaycan və ya İrəvan Xanlığı olaraq dəyişdirilməsi ilə bitə bilər.

“Qəbul edilmiş qərar hansısa beynəlxalq hüquq sənədinin qəbulu deyil, bu, Avropa Birliyinin mütləq vassal andıdır”, - Şevçenko vurğulayıb.

Politoloq Avropa Birliyinin Cənubi Qafqaza daxil olmağa çalışdığını söyləyib:

“İndi Avropa Birliyi Qafqaza girir. Doğrudanmı Türkiyə və Rusiyanın buna dözəcəyini düşünürlər? Siz ermənilər bu cür yanaşmalarla Azərbaycanın və ya Osmanlı İmperiyasının bir hissəsi olmaq məcburiyyətində qala bilərsiniz”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.