Mən bu sazişi imzalamağa razıyam - Paşinyan Qranada görüşündən DANIŞDI

4-10-2023, 20:13           
Mən bu sazişi imzalamağa razıyam -
Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Siyasi Birliyinin Qranadada keçiriləcək sammitində iştirak edəcək.

TEREF.AZ Modern.az-a istinadla xəbər verir ki, bu barədə o, mətbuata açıqlamasında deyib.

Paşinyan qeyd edib ki, Ermənistan nümayəndə heyəti sammitdə öz mövqeyini daha ətraflı təqdim etməyə çalışacaq.

Baş nazir vurğulayıb ki, İrəvan “konseptual sənəd”in imzalanmayacağına görə təəssüflənir. “Mən bu sazişi imzalamağa razıyam”, - Paşinyan əlavə edib.

Qeyd edək ki, Azərbaycan Qranada görüşündə Türkiyənin iştirakını təklif etmişdi və bunda israr edirdi. Lakin buna imkan verilməyib, bu məsələdə Fransa və Almaniya xüsusi canfəşanlıq nümayiş etdirib. Azərbaycana təklif olunan beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) anti-Azərbaycan ab-havası formalaşıb. Fransa rəsmilərinin (müdafiə naziri, xarici işlər naziri və s.) ermənipərəst bəyanatları, XİN başçısının Ermənistana səfəri və hərbi əməkdaşlıq, silah-sursat veriləcəyi haqda açıqlamalar, Aİ Şurasının Prezidenti Şarl Mişelin dünənki Azərbaycanı ittiham edən açıqlaması fonunda Azərbaycan bu formatda danışıqlarda iştiraka lüzum görməyib. Buna görə Azərbaycan görüşdən imtina edib və Prezident İlham Əliyev Qranadaya getməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru