Azərbaycan Dövləti çox uğurlu, amma hələ də təhlükələr olan dövrünü yaşayır, amma...

5-10-2023, 09:44           
Azərbaycan Dövləti çox uğurlu, amma hələ də təhlükələr olan dövrünü yaşayır, amma...
İki aktual məsələ haqqında qısa rəy:
1) İspaniyanın Qranada şəhərində baş tutacaq AB və tərəfdaş ölkələr görüşündə Azərbaycanın iştirakı yaxşı olardı, amma görünən odur ki, imzalanacaq sənəd yoxdir, Ermənistan sülhə hazır deyil, o ölkənin yeni “başbilənləri” Ermənistanı sülhə hazırlamayıblar. Bundan başqa hamı anlamalıdır ki, Türkiyə olmayan yerdə Azərbaycan, Azərbaycan olmayan yerdə isə Türkiyə yoxdur, bizim təhlükəsizlik və xarici siyasət komsepsiyamız artıq iç-içə keçib, bir-birini tamamlayır, vahid mövqedən çıxış etmək üçün tam konseptuallaşdırılıb. Burada emosiya yoxdur, sırf praqmatizmdir, Türkiyə-Azərbaycan tandemi konkret hədəflərə hesablanıb,
2) Azərbaycan Dövləti terrorçuları, qondarma rejimin “rəhbərlərini” həbs edib Bakıya gətirməsi tarixi hadisədir, böyük qələbənin iri addımlarından biridir – qürurvericidir. Arayikin məhz dünən, Gəncə terrorunun il dönəmində hıbs edilməsi, ümumiyyətlə, Dövlət ərakanına yaraşan hadisədir. Məni bir məsələ maraqlandırır – bütün bu həbs olunanlar illərdir Kremlin kuklaları, oyunçularıdırlar, indi Bakıda bül-bül kimi ötəcəklər, məsələn, Arayik rəsmi ifadəsində desə ki, Gəncəni vurmaq əmrini, hərbi-texniki dəstəyi “ivandan” almışam, o zaman Rusiya bu işin altından necə çıxacaq?! Və ya, Vardanyan Kremldən aldığı tapşırıqları, “yuyub-təmizlədiyi” Putin pullarının yerini, “yuma” mexanizmlərini danışsa, bu hansı nəticələr doğuracaq?! Həbs olunan geydirmə "generallar" hansı Rusiya generalının əmrində olduqlarını ötsələr, nələr baş verəcək?!
Məncə, yaxın günlərdə hamımız hər axşam AZTV-nin ekranı qarşısında olub maraqlı etiraflar dinləyəcəyik.
Azərbaycan Dövləti çox uğurlu, amma hələ də təhlükələr olan dövrünü yaşayır, amma əminəm ki, bu imtahanlardan da uğurla çıxacağıq!
Natig Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru