Putin: "Rusiya və İran arasında çox yaxşı münasibətlər var"

5-10-2023, 00:17           
Putin: "Rusiya və İran arasında çox yaxşı münasibətlər var"
Rusiya və İran arasında yaxşı münasibətlər yaranıb və onlar gələcəkdə inkişaf etdiriləcək.

Bu barədə Rusiya prezidenti Vladimir Putin “İlin müəllimi” müsabiqəsinin finalçıları ilə görüşündə bildirib.

"Bizim İranla çox yaxşı münasibətlərimiz var. Biz bunu hərtərəfli inkişaf etdirəcəyik. İran qədim fars qədim mədəniyyətinə malik qonşumuzdur. Ona görə də biz İranla münasibətləri inkişaf etdirmək üçün hər şeyi edirik və bundan sonra da edəcəyik", - deyə Putin bildirib.

O, təhsil sahəsində əməkdaşlıqdan danışaraq qeyd edib ki, Rusiya orada təhsil müəssisələrinin yaradılması üçün bu ölkələrin marağını görməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru