Separatçıların digər “keçmiş prezidentləri" haqda da rəsmi məlumat YAYILACAQ

5-10-2023, 12:19           
Separatçıların digər “keçmiş prezidentləri" haqda da rəsmi məlumat YAYILACAQ
İki gündür Azərbaycan və Ermənistan mediası Qarabağda özünü buraxmış separatçıların “keçmiş prezidentləri" Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, eləcə də xuntada "parlament sədri" olmuş David İşxanyanın saxlanıldığı barədə məlumat yayır.

Hələ ki, Arayik Arutyunyan istisna olmaqla digərləri haqda məlumatlara Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən rəsmi reaksiya bildirilməyib. Eyni zamanda informasiya təkzib də edilməyib. Bu isə adları çəkilən şəxslərin saxlanıldığını dolayısı ilə təsdiqləyir.

Teref.az bildrir ki, modern.az-ın əldə etdiyi informasiyaya görə, bu gün və ya sabah Azərbaycan Respublikasının müvafiq qurumları tərəfindən separatçı “liderlər” barədə rəsmi məlumat yayılacağı gözlənilir.

Xatırladaq ki, indiyədək rəsmi qurumlar qondarma rejimin “keçmiş xarici işlər naziri” David Babayan, "keçmiş dövlət naziri" Ruben Vardanyan, "keçmiş müdafiə naziri" Lyova Henrixi Mnatsakanyan, separatçıların “Müdafiə Ordusu komandanının birinci müavini" Davit Manukyanın saxlanıldığı barədə məlumat yayıblar.

Qeyd edək ki, sentyabrın 19-20-də Ordumuzun keçirdiyi lokal antiterror tədbirlərindən sonra separatçı rejim ağ bayraq qaldıraraq özünü buraxmağa məcbur edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru