Sirri açıram: Qarabağlılarla razılaşmışdıq ki... - Paşinyan

5-10-2023, 11:09           
Sirri açıram:
Ermənistan Dağlıq Qarabağın (keçmiş qondarma qurum nəzərdə tutulur – red.) rəhbərliyi ilə əvvəlcədən razılaşaraq, Dağlıq Qarabağın statusu məsələsində səviyyəni aşağı saldı. Lakin sonradan “Dağlıq Qarabağ rəhbərliyi” bu səviyyəni qaldırdı.

Teref.az axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 4-də Milli Assambleyanın iclasında deputatların suallarını cavablandırarkən deyib.

“Sizə bir sirr açım: Qarabağlı həmkarlarımızla birlikdə səviyyəni aşağı salmağa çalışdıq. Bəs sonra nə oldu? Biz səviyyəni aşağı saldıq, amma “Dağlıq Qarabağ” (keçmiş qondarma qurum – red.) sonra onu qaldırdı. Və mən də bunu sizin təklifinizlə qaldırdım”, - deyə Paşinyan müxalifətə müraciət edib.

O əminliklə qeyd edib ki, əgər “Qarabağ rəhbərliyi” əvvəllər əldə edilmiş razılaşmalara və ümumi anlaşmaya əməl etsəydi, o zaman bütün baş verənlərin qarşısını almaq olardı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru