ABŞ Ukraynaya nə vaxta qədər kömək edə biləcək? - Bayden cavab verdi

5-10-2023, 13:16           
ABŞ Ukraynaya nə vaxta qədər kömək edə biləcək? - Bayden cavab verdi
ABŞ prezidenti Co Bayden jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib ki, ABŞ hakimiyyəti Ukraynaya dəstək üçün əlavə maliyyə ayırmadan Kiyevə daha bir yardım paketi ayırmaq üçün vəsaitə malikdir. Belə ki, o, ABŞ-ın əlavə maliyyə ayırmadan Ukraynaya nə vaxta qədər kömək edə biləcəyi sualına münasibət bildirib.

Qaynarinfo , Interfax-a istinadla xəbər verir ki, eyni zamanda Bayden əlavə edib ki, Kiyev üçün "Vaşinqtonun maliyyə tapmasının başqa yolları da var”.

"Ancaq indi təfərrüatlara varmaq fikrində deyiləm", - Amerika prezidenti deyib.

Bundan əlavə, Bayden tezliklə Ukraynaya dəstək məsələsi ilə bağlı "böyük bir çıxış" edəcəyini söyləyib.

Bir gün əvvəl Bayden yenidən Nümayəndələr Palatasından respublikaçılara müraciət edərək Kiyevə vəsait ayırmağı davam etdirməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru