Brüssel Ermənistana sadəcə deyib ki, “Sən Rusiyadan qurtul, qalanı bizlikdir”

6-10-2023, 08:24           
Brüssel Ermənistana sadəcə deyib ki, “Sən Rusiyadan qurtul, qalanı bizlikdir”
Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamədə Ermənistana bu şəkildə mesaj da var: “Ermənistan mövcud hərbi ittifaqlarına yenidən baxarsa Avropa İttifaqının təhlükəsizlik dəstəyinə ümid edə bilər”.
Yəni demək istəyiblər ki, Ermənistan Moskva ilə strateji müttəfiqlikdən, Rusiyanın hərbi bazalarından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından imtina edərsə, Brüssel Ermənistana müdafiə dəstəyi verəcək.
Bu nağıldır. Birincisi, Avropa İttifaqının təhlükəsizlik strukturu yoxdur ki, Ermənistanı mövcud olmayan strukturu vasitəsilə müdafiə edə bilsin.
İkincisi, Avropa Parlamenti NATO-ya işarə edibsə, Ermənistanın bu təşkilata üzvlüyü mümkün deyil.
Ən azı NATO üzvü Türkiyə buna imkan verməz. Brüssel Ermənistana sadəcə deyib ki, “Sən Rusiyadan qurtul, qalanı bizlikdir”. Ancaq “bizlik” dediyi məhfumun içi boşdur.
Elbəyi Həsənli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru