Birgə bəyanatın mənfi və müsbətləri...

6-10-2023, 08:18           
Birgə bəyanatın mənfi və müsbətləri...
Kvartet birgə bəyanat verib. Bəyanatda bizim xeyrimizə olan nədir? Qarabağdan ermənilərin gedişi “kütləvi köç” kimi qeyd olunur. Yəni “etnik təmizləmə” ifadəsi işlənmir. Ermənistan və bütövlükdə kvartetdə yer alan digərləri də Azərbaycanın ərazi bütövlüyün 86.600 km2 çərçivəsində tanıyır. Onlar həmçinin Ermənistanın ərazini 29.800 km2 olduğunu təsdiq edirlər. Yəni Azərbaycan+Türkiyə Süniki işğal etsə, Avropanın ciddi müqaviməti ilə üzləşəcək. Bir önəmli məqam da var ki, Qarabağ ermənilərinin geriyə qayıdışına şərait yaradılması tələb olunsa da onlara xüsusi status tələb olunmur. Avropa liderlərinin Ermənistan və Azərbaycanı həbs olunmuş şəxsləri qarşılıqlı şəkildə azadlığa buraxmağa çağırması da bizim əleyhimizədir. Azərbaycan heç bir halda Qarabağın canı və qondarma rəhbərlərini azad edə bilməz...
Birgə bəyanatda pis olan nədir? Zəngəzur dəhlizi ilə bağlı bir kəlmə də yoxdur. Dedikləri odur ki, Ermənistanla Azərbaycan və Türkiyə arasında bütün kommunikasiya xətləri açılmalıdır. Və hər bir ölkə öz ərazisindən keçən kommunikasiya xətləri üzərində suveren hüquqa malik olmalıdır...
Xatırladım ki, Avropa liderləri, bütövlükdə Qərb dünənə qədər Laçın dəhlizinin qeyri-şərtsiz açılmasın tələb edirdi. Qondarma Dağlıq Qarabağla bağlı beynəlxalq (əslində Qərbin nəzarəti altında) danışıqlara səsləyirdi. Ancaq Azərbaycanın əldə etdiyi qələbələr bu kimi tələbləri birdəfəlik gündəmdən çıxardı. Yəni Avropanın-Bütövlükdə Qərbin də tələbləri situasiyaya uyğun olaraq dəyişir. Biz Zəngəzur dəhlizi ilə bağlı fəaliyyətimizi davam etdirməliyik...
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.