Azərbaycanın Ermənistanın bir-birinin daxilində olan agentlər haqda məlumat alan Moskva ...

7-10-2023, 00:15           
Azərbaycanın Ermənistanın bir-birinin daxilində olan agentlər haqda məlumat alan Moskva ...
Həbs olunmuş separatçıların guya Azərbaycan istintaqına hansısa sensasion bilgilər verəcəyi ilə bağlı iddialar yalnız belə işlər haqda bilgisi, təcrübəsi olmayanlara inandırıcı görünə bilər.
Əvvəla ona görə ki, əgər hansısa azərbaycanlılar onların xüsusi xidmət orqanları ilə əməkdaşlıq edibsə, bunu əldəqayırma prezidentlər yox, separatçıların "xüsusi xidmət orqanlarının" rəhbərləri bilər.
Separatçıların "xüsusi xidmət orqanları" Ermənistan təhlükəsizlik xidmətinin tərkibində olub, amma həm də Rusiya xüsusi xidmət orqanlarının çətiri altında. Daha dəqiqi, hər ikisi adicə Rusiya agentura şəbəkəsi olub.
İkincisi, Rusiya xüsusi xidmət orqanları həm Azərbaycanın, həm də Ermənistanın bir-birinə qarşı kəşfiyyat əməliyyatları aparmaq təşəbbüsünün qarşısını daim almağa çalışıb ki, konflikti öz nəzarətində saxlaya bilsin.
Hətta belə hadisələr də olub ki, Azərbaycanın Ermənistanın bir-birinin daxilində olan agentlər haqda məlumat alan Moskva həmin məlumatları ötürərək hər iki tərəfdə olan casusları ifşa edib. Yenə də vəziyyəti öz nəzarətində saxlaya bilmək məqsədilə.
Üçüncü, Azərbaycanda, özəlliklə də orduda və hüquq-mühafizə orqanlarında yerləşdirilmiş Rusiya casus şəbəkəsidir və o da çoxdan ifşa olunub. Qalır onları cəzalandırmaq, bunu da hələlik etmək istəyinin olması görünmür.
Odur ki, separatçıların guya hansısa mühüm məlumatlar verə biləcəyi (bəzən hətta artıq verdikləri iddia olunur) nəinki yanlış, hətta hansısa niyyətlə ortaya atılmış iddia ola bilər. Təbii ki, yaxşı niyyətdən söhbət getmir.
Ərəstun Oruclu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru