AK rəhbəri Aİ-yə yeni üzvlərin qəbulu zamanı heç bir güzəştin olmayacağını bildirib

7-10-2023, 12:35           
AK rəhbəri Aİ-yə yeni üzvlərin qəbulu zamanı heç bir güzəştin olmayacağını bildirib
Yeni ölkələrin Avropa İttifaqına qəbulu ilə bağlı bütün qərarlar yalnız onların gördüyü işlər əsasında qəbul ediləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen birliyin Qranadada keçirilən qeyri-rəsmi sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

“Yeni üzvlərin qəbulu prosesi yalnız namizədlərin gördüyü işlər, onların üzvlüyə nə dərəcə layiq olması əsasında aparılacaq, heç bir güzəşt olmayacaq. Noyabrın əvvəlində Avropa Komissiyası üzvlüyə hazırlığın dərəcəsi ilə bağlı ətraflı hesabat təqdim edəcək. Ona dekabrda keçiriləcək sammitdə baxılacaq”, - fon der Lyayen deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru