Zelenskinin Qarabağ barədə açıqlamasından sonra Fransada Ukrayna bayrağı endirilib - Paris BAŞINI İTİRİB!

7-10-2023, 13:00           
Zelenskinin Qarabağ barədə açıqlamasından sonra Fransada Ukrayna bayrağı endirilib -
Fransanın cənub-şərqində yerləşən Vyana şəhərinin (İzer departamenti) hakimiyyəti meriya binasının fasadından Ukrayna bayrağının götürülməsinə qərar verib.

Teref.az Trend-ə istinadla xəbər verir ki, buna səbəb Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığından sonra Ermənistan və Qarabağla bağlı söylədiyi sözlər olub.

Meriyadan bildirilib ki, bayrağın götürülməsi barədə qərar məlum telefon danışığından sonra, Zelenskinin verdiyi bəyanatlarla əlaqədar qəbul edilib. Ukrayna Prezidentinin Prezident İlham Əliyevlə söhbətində dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliyi ilə bağlı son bəyanatları buna səbəbiyyət verib.

Xatırladaq ki, Zelenski öz “Telegram” kanalında oktyabrın 4-də Prezident İlham Əliyevlə regional təhlükəsizlik, mövcud çağırışlar və qarşılıqlı fəaliyyət formatlarını müzakirə etdiyini bildirib.

“Biz dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə sadiqliyimizi təsdiqlədik”, - deyə Volodimir Zelenski qeyd edib.

Qeyd edək ki, Ukrayna bayrağı 2022-ci ilin fevralında Vyana meriyası binasının fasadında asılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru