Rusiya Qərbi Zəngəzurda niyə konsulluq açır? – “Moskva Azərbaycana səmimi deyil”

8-10-2023, 00:09           
Rusiya Qərbi Zəngəzurda niyə konsulluq açır? –
“Kopırkinin bu səfəri Kremlin Qərbi Zəngəzurda baş konsulluq açmaq niyyətinlə bağlıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Moskvanın İrəvandakı səfiri Sergey Kopırkinin Qərbi Zəngəzura gözlənilən səfərin məqsədlərindən danışarkən deyib.
“Rusiyanın burada yürütdüyü siyasət anlaşılan deyil. Kreml rəsmən bəyan etdi ki, Qərbi Zəngəzurda baş konsulluq açacaq. Məgər, Qərbi Zənzəzurda rus yaşayır? Yaxud da İrandan kim gəlib Rusiya konsulluğundan nəsə istəyəcək? Anlaşılmayan vəziyyətdir. Adətən böyük dövlətlərdə belə baş konsulluqlar açılır ki, orada yaşayan vətəndaşlarına görə ərazini əhatə edə bilsinlər. Bu məsələ Moskvanın Azərbaycana qeyri-səmimi yanaşmasının göstəricisidir.
İran ərazidə konsulluq açdı, ardınca da Rusiya açır. Nikol Paşinyan isə ərazidə Avropa qüvvələrini yerləşdirməyə çalışır. Belədə görünən odur ki, Ermənistan Paşinyanın ağılsızlığı üzündən tamamilə ayaqlar altına atılıb. Bu halda digərləri kimi, Rusiyada öz payını götürmək istəyir. Hər halda, bu kimi addımlar Ermənistanın daha ciddi problemlərlə üzləşəcəyini göstərir”.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, bu ölkənin İrəvandakı səfiri Sergey Kopırkin Qərbi Zəngəzura səfər edəcək. Məlumata görə, yaxın günlərdə Sergey Kopırkinin rəhbərlik etdiyi rusiyalı diplomatlar Ermənistanın Sünik rayonunda olacaqlar.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.