Həmas qruplaşmasının hücumu İsraili qəfil yaxalayıb

8-10-2023, 00:08           
Həmas qruplaşmasının hücumu İsraili qəfil yaxalayıb
Həmas qruplaşmasının hücumu İsraili qəfil yaxalayıb. Halbuki, hücumun miqyasından aydın görünür ki, Həmas və ona dəstək verən mərkəzlər aylardır hazırlaşırmışlar.
Necə olub ki, İsrail kimi hərbiyə və təhlükəsizliyə əhəmiyyət verən dövlətin hücum haqqında əvvəlcədən kəşfiyyat məlumatı olmayıb?
Bundan başqa Həmas hücumda modern dronlardan istifadə edib, atdığı raketlər bir sıra hədəflərə dəyib, israilli general başda olmaqla xeyli israilli hərbçi əsir götürülüb.
Bir sözlə, barıt çəlləyi partlayıb, bölgə bir müddət qaranlığa qərq olunacaq, müharibə ətraf ölkələrə də sıçrayacaq.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru