İsrail əlində olan imkanlarla Həmas qruplaşmasının başlatdığı hücumu dəf edəcək

8-10-2023, 00:17           
İsrail əlində olan imkanlarla Həmas qruplaşmasının başlatdığı hücumu dəf edəcək
İsrail etiraf etməsə də, bu ölkənin nüvə silahı var. İsrailin keçmiş baş naziri Qolda Meyerin belə bir məşhur kəlamı olub: “İsrailin nüvə silahı yoxdur, ancaq lazım gələrsə nüvə silahından da istifadə edə bilərik”.
Əlbəttə, İsrail əlində olan imkanlarla Həmas qruplaşmasının başlatdığı hücumu dəf edəcək. Ancaq əgər müharibənin gedişatı İsrailə əlavə problemlər yaradarsa və Həmas qruplaşmasına müxtəlif istiqamətlərdən dəstək artarsa, İsrail hökuməti savaşda əlində olan bütün mümkün alətlərdən istifadə etməyə çalışacaq.
Rusiya kimi dövlətin lideri və ətrafı dəfələrlə bildiriblər ki, Ukrayna müharibəsi çığırından çıxarsa nüvə silahından istifadəni istisna etmirlər.
Belə görünür ki, təhlükəli gedişatı durdurmaq üçün işə Amerika Birləşmiş Ştatları qarışmalı olacaq.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru