Kənani: Tehranda səfirliyin açılmasına dair ümumi rəy var

9-10-2023, 13:10           
Kənani: Tehranda səfirliyin açılmasına dair ümumi rəy var
Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı yekdil fikir var.

Yenisabah.az Fars News-a istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovun Tehrana səfəri iki ölkə rəsmiləri arasında aparılan danışıqların davamı olaraq baş tutub.

"Yaxşı danışıqlar və məsləhətləşmələr aparıldı. Həm Azərbaycan tərəfi, həm də İran tərəfi regionda baş verən son hadisələrlə bağlı fikirlərini bildirdi", - deyə XİN rəsmisi vurğulayıb.

N.r Kənani diqqətə çatdırıb ki, Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpası ilə bağlı yekdil fikir var: "Aparılan müzakirələr və atılan uğurlu addımlar çərçivəsində səfirlik yaxın vaxtlarda Tehranda fəaliyyətini bərpa edə bilər. Biz İran və Azərbaycan arasında ikitərəfli münasibətlərdə yaxşı abu-havada və tendensiyadayıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.