Erməni radikallar saman çöpündən yapışırlar

10-10-2023, 07:47           
Erməni radikallar saman çöpündən yapışırlar
Bir qrup erməni siyasətçisi, diplomatı və eksperti Yaxın Şərqdəki son hadisələr fonunda İrana və bir qrup ərəb ölkəsinə Azərbaycan əleyhinə “pas” atmaq qərarına gəlib.
Onların sözlərinə görə, guya İsrail ordusunun və kəşfiyyatının başı Azərbaycana dəstəyə o qədər qarışıb ki, öz ölkələrinin təhlükəsizliyi yaddan çıxıb.
Bu saxta iddianı ortaya atanların iki məqsədi var. Birinci məqsədləri Azərbaycana dəstəyin yanlış olduğunu İsrail cəmiyyətinə aşılamaqdır.
İkinci məqsədləri İran və bir qrup ərəb ölkəsini İsraillə sıx tərəfdaşlıq edən Azərbaycana qarşı kökləməkdir.
Bu Azərbaycana məğlub olan erməni radikalların saman çöpündən yapışmasına bənzəyir.
Elxan Şahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru