Pentaqon generalı İrana: “Qarışmayın!”

10-10-2023, 11:00           
Pentaqon generalı İrana: “Qarışmayın!”
ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Çarlz Q. Braun İranı İsraildəki münaqişəyə qarışmamağa çağırıb.

Yenisabah.az Reuters-ə istinadla xəbər verir ki, bundan əvvəl Ağ Ev İranın İsrailə qarşı hücumlarda birbaşa iştirakını göstərən heç bir kəşfiyyat məlumatı olmadığını bildirib.

General Çarlz Q.Braun qeyd edib: “Olduqca güclü mesaj göndərmək istəyirik. Münaqişənin) genişlənməsini istəmirik və ideya İrana bu mesajı yüksək səslə və aydın şəkildə çatdırmaqdır”.

“Bu, İsrailə çox güclü dəstək siqnalı göndərir. Lakin bu, həm də bu konkret münaqişənin genişlənməsinin qarşısını almaq üçün güclü çəkindirici siqnaldır”, - deyə Braun əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru