Nüvə müharibəsi addım-addım yaxınlaşır

10-10-2023, 13:48           
Nüvə müharibəsi addım-addım yaxınlaşır
İsrail və HƏMAS arasında artan münaqişə ABŞ hökumətinin iflasına və nüvə müharibəsinə səbəb ola bilər.

Cebhe.info xəbər verir ki, bu fikri tanınmış amerikalı jurnalist Taker Karlson “X” sosial şəbəkəsindəki proqramında bildirib.

"İsrail və HƏMAS arasındakı münaqişə İran və onun müttəfiqləri və Qərb arasında müharibəyə çevrilə bilər",- deyən jurnalist belə bir ssenaridə nüvə silahının istifadəsini asanlıqla təsəvvür edə biləcəyini qeyd edib.

Nüvə silahının istifadəsi, öz növbəsində, milyonlarla insanın ölümünə və dünya iqtisadiyyatının çökməsinə səbəb olardı. Karlson həmçinin ABŞ-da “görünməmiş enerji böhranı”nın olacağını proqnozlaşdırıb.

O xatırladıb ki, İsraildə vəziyyətin kəskinləşməsi fonunda ölkədə enerji qiymətləri artıq artıb. "ABŞ hökuməti pul itirəndə bunun necə bitəcəyini təsəvvür edə bilərsiniz",- deyə jurnalist fikrini yekunlaşdırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.