Paşinyan Putinlə ilk görüşündən danışdı: O, mənə dedi ki...

11-10-2023, 12:08           
Paşinyan Putinlə ilk görüşündən danışdı:
Ermənistan baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə ilk görüşündən danışıb.

Modern.az xəbər verir ki, bu barədə o, Ermənistanın İctimai kanalına müsahibəsində söz açıb.

"2018-ci ildə Soçidə Rusiya Federasiyasının Prezidenti ilə ilk görüşümlə bağlı bir sirri açmaq istəyirəm. Rusiya Federasiyasının Prezidenti dedi: “Mən bilirəm ki, Rusiyanın müxtəlif ölkələrin işlərinə qarışması, onların suverenliyini daim aşağılaması barədə çoxlu şayiələr var".

O, Ermənistanın müstəqilliyinə, suverenliyinə və qərar qəbul etmək azadlığına qeyd-şərtsiz hörmət etdiyini bir daha təsdiqləyib. "Biz münasibətlərimizi mahiyyətcə həmin ilk söhbətdə əldə edilmiş razılaşmalar əsasında qururuq", - Paşinyan qeyd edib.

"Biz heç nəyi dəyişmirik, heç bir öhdəliyimizi yerinə yetirməkdən imtina etməmişik”, - o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru