Gürcüstan və BƏƏ arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalanıb

11-10-2023, 14:34           
Gürcüstan və BƏƏ arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalanıb
Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında hərtərəfli iqtisadi tərəfdaşlıq sazişi imzalanıb.

“Dünyanın aparıcı ölkələrindən biri kimi BƏƏ ilə əlaqələrin gücləndirilməsi bizim üçün çox mühüm prioritetdir. BƏƏ həmişə yeniliklərin və tərəqqinin önündə olub ki, bu da gələcəyə ümid və nikbinlik bəxş edir”, - Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib.

BƏƏ-nin baş naziri və Dubay əmiri Məhəmməd bin Rəşid Əl Məktum isə imzalanmış sazişin ölkələr arasında münasibətlərdə yeni mərhələ olacağını qeyd edib.
Mənbə: Sputnik Georgia












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru