ABŞ Dövlət departamenti Lavrova cavab verib

11-10-2023, 11:36           
ABŞ Dövlət departamenti Lavrova cavab verib
“ABŞ-nin İrəvanla Bakı arasında münasibətlərdə yeganə məqsədi Cənubi Qafqazda dayanıqlı sülh və sabitliyin təmin edilməsidir”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət departamentinin nümayəndəsi Metyu Miller Rusiyanın XİN rəhbəri Sergey Lavrovun məqaləsində yer alan fikirləri şərh edərkən deyib.

Xatırladaq ki, S.Lavrov “BMT Nizamnaməsinin prinsiplərinə tam şəkildə riayət etmək və qarşılıqlı əlaqə - beynəlxalq sülhün, sabitliyin təminatıdır” adlı məqaləsində qeyd edib ki, Qarabağdakı rusiyalı sülhməramlı kontingenti Cənubi Qafqazda dinc həyatın bərqərar olmasına töhfə verməyə hazırdır: “ABŞ və Avropa İttifaqının (Aİ) Azərbaycanla Ermənistan arasında münasibətlərə müdaxiləsi qeyri-sabitlik yaradır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru