Rusiyalı politoloq - "ABŞ-ın fəal müdaxiləsi olmadan Qarabağ münaqişəsi elə dondurulmuş vəziyyətdə də saxlanılacaqdı."

14-07-2016, 13:58           
Rusiyalı politoloq - "ABŞ-ın fəal müdaxiləsi olmadan Qarabağ münaqişəsi elə dondurulmuş vəziyyətdə də saxlanılacaqdı."
"Amerikalılar Rusiyanın Cənubi Qafqazdakı mövqelərini zəiflətmək üçün Qarabağ kartından istifadə etməyə cəhd göstərdilər. Görünür, sərhədlərimiz boyunca digər münaqişələrin qızışdırılması da nəzərdə tutulub və indi də tutulur".

"Report" bildirir ki, bunu M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin professoru, siyasi elmlər doktoru, Rusiya Təhlükəsizlik Şurası yanında Elmi Şuranın üzvü Andrey Manoylo deyib.

"Uzun illər ərzində münaqişə donmuş vəziyyətdə qalmışdı. Heç bir dinamika müşahidə edilmirdi. Və apreldə birdən-birə gərginlik artdı. Bütün bunlar ona görə baş verdi ki, ABŞ Suriya prezident Bəşər Əsədi devirməklə bağlı planlarını pozduğumuza görə bizə cavab vermək istədi", - deyə o bildirib.

Professor əlavə edib ki, ABŞ-ın fəal müdaxiləsi olmadan Qarabağ münaqişəsi elə dondurulmuş vəziyyətdə də saxlanılacaqdı. "Çox güman, amerikalılar Rusiyadan bundan sonra Qarabağ münaqişəsini qızışdırmamaq qarşılığında Suriyada müəyyən güzəştlər tələb edəcək", - deyə analitik fikrini izah etməyə çalışıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.