Publika.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Fox News"-a müsahibəsində İsrailin baş naziri Benyamin Netanyahunu HƏMAS silahlılarının hücumuna hazır olmadığına görə tənqid edib:
“O, hazır deyildi. İsrail də hazır deyildi. Kimin ağlına gələrdi ki, onların kəşfiyyatı bunu aşkar edə bilməyəcək?! Aksiyada minlərlə insan iştirak edib. Minlərlə insan bunu bildi və buna məhəl qoymadı. Bu, Netanyahu və ya başqası üçün yaxşı deyildi”.
Tramp həmçinin İsraili iranlı general Qasım Süleymaninin öldürülməsində iştirak etmədiyinə görə tənqid edərək, İsrailin HƏMAS hücumlarından sonra “işləri düzəltməli” olduğunu deyib: "Dəhşətlidir. Onlar İranla potensial olaraq müharibə vəziyyətindədirlər. Biz buna görə məyusuq".