Qukasyan həbsdən 1 saat öncə nələr edib? - KİV

12-10-2023, 17:45           
Qukasyan həbsdən 1 saat öncə nələr edib? - KİV
Qarabağda keçmiş separatçı rejimin “rəhbərlərindən” olmuş Arkadi Qukasyanın Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılmamışdan öncə nələr etdiyi məlum olub.

TEREF.AZ Publika.az-a istinadən xəbər verir ki, Qukasyan saxlanılmamışdan bir neçə saat öncə bütün yaxınlarına zəng edib.

“İravunk” nəşri Qukasyana yaxın mənbələrə istinadən yazır ki, o, qohumları ilə telefonda danışarkən, “hər şeyin yaxşı olacağını, tezliklə Ermənistana gələcəyini” deyib.

Görünür, A.Qukasyan Laçın sərhəd-keçid məntəqəsindən keçə biləcəyini düşünüb. İstisna deyil ki, o, Rusiya sülhməramlılarının onu qoruyacağını ehtimal edib, buna görə də qohumlarına “tezliklə gələcəyini” deyib. Qandallanaraq, Bakıya gətirilməsi onun üçün gözlənilməz olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru