Stoltenberq NATO-nun hərbi planlarının praktiki icrasına başladığını elan edib

13-10-2023, 06:34           
Stoltenberq NATO-nun hərbi planlarının praktiki icrasına başladığını elan edib
NATO yeni hərbi planlarının praktiki icrasına, o cümlədən Rusiya sərhədləri boyunca qüvvələrini yerləşdirməyə və komandanlıq strukturlarını uyğunlaşdırmağa başlayır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin görüşündən sonra bildirib.

“NATO-nun müdafiə nazirləri müdafiəmizin gücləndirilməsi istiqamətində irəliləyişi müzakirə etdilər. 2023-cü ilin iyulunda Vilnüs sammitində biz soyuq müharibənin bitməsindən bəri ən geniş müdafiə planlarını təsdiqlədik. İndi növbəti addımları atırıq - yerləşdirmə üçün qüvvələri müəyyənləşdiririk, yeni hərbi imkanlar yaradırıq, komanda və nəzarət sistemimizi uyğunlaşdırırıq”, - o deyib.

NATO-nun yeni hərbi planlarına görə, alyans təqribən 300 min nəfərlik qrupun daimi hazırlıq vəziyyətində olmasını, eləcə də Rusiya sərhədləri yaxınlığında dislokasiya olunmuş 8 ön briqadaya sahib olmaq, döyüş sursatları, texnika və ağır silahlar üçün anbarlar hazırlamaq istəyir. Bundan əlavə, alyans NATO-nun şərq cinahına, o cümlədən ABŞ və Kanadadan əlavə qüvvələrin sürətlə göndərilməsi üçün logistikanı təkmilləşdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru