Gürcüstanda prezidentin impiçmenti məsələsi mümkün olmayacaq

13-10-2023, 08:37           
Gürcüstanda prezidentin impiçmenti məsələsi mümkün olmayacaq
Hökumətin icazəsi olmadan Avropa İttifaqı ölkələrinə səfər etdiyinə görə konstitusiyanı pozmaqda ittiham olunan Gürcüstan prezidenti Salome Zurabişvilinin impiçmenti praktiki olaraq istisna edilir, çünki hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası 150 səsdən 100 səs toplaya bilməyəcək.

“Report”un məlumatına görə, bunu Gürcüstanın İMEDI telekanalına müsahibəsində “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze j deyib.

“Yəqin ki, gələn həftə bizdə səsvermə olacaq (Zurabişvilinin impiçmenti ilə bağlı – Qeyd). Bu prosedurların necə getdiyini görəcəyik. Bilirsiniz ki, Salome Zurabişvili radikal müxalifətə ümid edərək konstitusiyanı pozub, ona görə də gələn həftə impiçment səsverməsi keçiriləndə 100 səs toplamaq praktiki olaraq mümkün deyil”-deyə, o bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.