YAP Siyasi Şurasınının üzvü sərt danışdı: "Hansısa imkanlı adam..."

14-07-2016, 22:46           
YAP Siyasi Şurasınının üzvü sərt danışdı: "Hansısa imkanlı adam..."
Komitə sədri: “Torpağını becərməyən şəxslər cəzalandırılacaq”. “Azərbaycanda torpağını becərməyən şəxslər qanuna müvafiq şəkildə cəzalandırılacaq”.
Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının və İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib.

Prezident İlham Əliyevin sözügedən məsələ ilə bağlı çıxışlarına da toxunan A.Rəhimzadə deyib ki, ölkə başçısının toxunduğu bu məsələ çox vacib əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, Azərbaycanın onsuzda əkinə yararlı torpaqları azdır: “Hansısa imkanlı adam torpaq alır, ancaq ondan istifadə etmir. Sözsüz ki, bu cür hallar düzgün deyil və qanuna da ziddir. Ona görə də qanuna uyğun olaraq bu cür şəxslərə qarşı vergi tutulmalıdır. Biz torpaqlardan səmərəli istifadə etməliyik.

Qanunda da göstərilir ki, hektarlarla torpağı alan şəxs onu becərməlidir. Əks halda o cərimə olunacaq. Burada söhbət təkcə məmurlardan getmir. Kimin pulu varsa, gedib torpaqları alıb boş saxlayır, onu becərmir. Ancaq indi qanunda da nəzərdə tutulur ki, torpağı becərməyən şəxslər buna görə vəsait ödəməli olacaqlar. Alınan torpaqların istifadə olunması mütləqdir”.

Komitə sədri qeyd edib ki, artıq bu cür şəxslərin qanunla cəzalandırılamsı nəzərdə tutulur: “Əlbəttə ki, torpağı becərməyən şəxslər cəzalandırılacaq. Qanunla hansı cəzanın tətbiqi nəzərdə tutulursa, bu həyata keçiriləcək”. Xatırladaq ki, Prezident İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib ki, bəzi hallarda torpaqlar zəbt edilib, minlərlə torpaq sahələri hasarlanıb:

“Orada heç bir fəaliyyət göstərilmir. Mən göstəriş vermişəm, arayış da hazırlayıb veriblər və orada dövlət məmurlarının adları da var. Zəbt edilmiş o torpaqların bir hissəsi onlara məxsusdur.

Əlbəttə ki, biz torpaqlardan daha da səmərəli şəkildə istifadə etməliyik. Burada təkliflər səsləndi. Mən bu təklifləri, xüsusilə heyvandarlıqla bağlı olan təklifləri dəstəkləyirəm. İndi heyvandarlıq qapalı yerlərdə inkişaf edir. Ona görə, o qədər də böyük örüş torpaqlarına ehtiyac yoxdur. Bu torpaqlardan səmərəli şəkildə istifadə olunmalıdır ki, ərzaq təhlükəsizliyi tam təmin edilsin və çox böyük ixrac potensialı da yaradılsın”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.