97 yaşlı iranlı siyasətçi vəzifəsinə son verir

12-11-2023, 10:43           
97 yaşlı iranlı siyasətçi vəzifəsinə son verir
İranın Ekspertlər Şurasının və Nəzarətçilər Şurasının rəhbəri olan Ayətullah Əhməd Cənnəti növbəti dövr üçün namizədliyini qeydə aldırmayıb.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, 97 yaşlı siyasətçinin bu addımı ölkədə sensasiya kimi qarşılanıb.

Onun bu addımının səbəbi bilinmir.

Noyabrın 11-də Ekspertlər Şurasına namizədlərin qeydiyyatı başa çatıb. 491 nəfər qeydə alınıb.

Xatırladaq ki, Ekspertlər Şurası İranın Ali dini liderini seçmək səlahiyyətinə malikdir.

Ayətullah Cənnətinin namizədliyini qeydə aldırmaması bu mənanı verir ki, yeni seçkilərdən sonra Şuraya başqa bir şəxs rəhbərlik edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru