Qərb Ukraynaya lazım olduğundan daha az silah verib - Latviya Prezidenti

13-11-2023, 00:16           
Qərb Ukraynaya lazım olduğundan daha az silah verib -
Qərb Ukraynaya lazım olduğundan daha az silah verib. Ukrayna uğursuzluğa düçar olarsa, Avropada sülh risk altında olacaq.
Bizimyol.info xəbər verir ki, bunu "Associated Press" agentliyinə müsahibəsində Latviya Prezidenti Edqars Rinkeviç deyib.

O qeyd edib ki, Rusiya Ukraynada uzunmüddətli müharibəyə göz dikib, münaqişənin uzanması Kremlin maraqlarına xidmət edir. Buna görə də Qərb də Avropada sülh üçün mübarizə aparmalıdır: “Əgər biz Rusiyanın Ukraynada dayandırsaq, o zaman Rusiya digər ölkələrə meydan oxuya bilməyəcək. Əgər Ukrayna uğur qazanarsa, Avropada sülhü qorumaq bizim üçün daha asan olacaq, nəinki Ukraynanı uğursuzluğa düçar etmək və ya bu baxımdan Yaxın Şərqdəki vəziyyətin nəzarətdən çıxmasına imkan verməkdənsə, silahlı toqquşmaları tezliklə başa çatdırmaq, həmçinin, uğurlu sülhə çalışmaq lazımdır”, - deyə Rinkeviç vurğulayıb.

Latviya prezidenti qeyd edib ki, ukraynalılar “çox cəsarətlə” vuruşur, ona görə də Qərb Kiyevin əlavə silahlarla bağlı çağırışlarına cavab verməyə borcludur. Bununla belə, o, biz lazım olduğu qədər silah vermədik, deyə etiraf etdi.

Ukrayna mtbuatının verdiyi məlumata görə, Aİ Ukraynaya bir milyon sursat tədarük etmək vədini yerinə yetirə bilməyəcək. Hələ yazda blok bir il ərzində 1 milyon artilleriya sursatını tədarük etməyi öhdəsinə götürmüşdü, lakin artıq aydındır ki, məqsəd əlçatmaz olub.

Bu arada, ABŞ Konqresdəki blokadaya görə daha az sayda və daha kiçik həcimdə vəsait tələb edən silah paketləri təqdim edir. Ukraynaya dəstək üçün ayrılan pullar artıq tükənmək üzrədir və yeni proqram hələ də qəbul oluna bilmir.

Qadir, Bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.