Ermənistanın Rusiyaya müqavimət göstərməsi mümkün deyil - ŞƏRH

14-11-2023, 00:03           
Ermənistanın Rusiyaya müqavimət göstərməsi mümkün deyil - ŞƏRH
Avropa Birliyi Ermənistanın Rusiyaya müqavimətini artırmaq istəyir.

Bunu AB-nin Xarici Əlaqələr Xidmətinin adı açıqlanmayan yüksək rütbəli nümayəndəsi deyib.

“Bizim siyasi xəttimiz Ermənistanı dəstəkləmək, Rusiyanın ciddi təzyiqi altında olan Ermənistanın müqavimətini gücləndirməkdir”, - AB rəsmisi vurğulayıb.

Mövzunu “Shger.az”a şərh edən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov bildirib ki, hazırda Ermənistanın Rusiyaya müqavimət göstərməsi mümkün deyil:

“Bu gün Ermənistanın istər siyasi, istər iqtisadi, istərsə də hərbi resurslarının böyük əksəriyyəti Rusiyayönümlü şəxslərin əlində cəmləşib. Bu gedişatın dəyişməsi üçün Rusiya cəbhəsi Ukrayna tərəfindən məğlubiyyətə uğradılmalıdır. Digər tərəfdən Ermənistana Qərb kömək edərək onu gücləndirərsə, bu zaman müəyyən dəyişikliklər ola bilər. Amma indiki vəziyyətdə bu ehtimallar inandırıcı görsənmir. Çünki AB hazırda əsas diqqətini Ukraynaya köməyə yönəldib. Onların eyni zamanda bir neçə cəbhəyə kömək etməsi real deyil. Deyilənlər yalnız söz olaraq qalır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.