"Rusiyanın çöküşü labüddür və ondan ayrılan təkcə Qafqaz olmayacaq..."

14-11-2023, 09:23           
"Rusiyanın çöküşü labüddür və ondan ayrılan təkcə Qafqaz olmayacaq..."
"Putin kortəbii antisemitdir, hər bir antisemit kimi onun da yəhudi dostları var..."

"Bu gün bütün Qafqaz Rusiyadan azad olmaq istəyir, amma hələlik Rusiya hakimiyyətinə qarşı çıxa bilmir..."

Belə intellektə, qabiliyyətə, dünyagörüşünə malik olan Rusiya prezidenti Vladimir Putin antisemit olmaya bilməz.

Moderator.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin baş redaktoru Alesa Batsmana müsahibəsində İsrail şairi, satiraçı İqor Quberman bəyan edib.

"Düşünürəm ki, bəli, o, kortəbii antisemitdir. Və hər bir antisemit kimi onun da yəhudi dostları və həmkarları var. Məsələn, onun yaxın ətrafında olan rusiyalı biznesmenlər Arkadi və Boris Rotenberqlər kimi", - satiraçı güman edir.

O, vurğulayıb ki, "özünün antisemit olmasının mümkün və lazım olduğu" və ya İsrailə pis münasibət göstərməyin zamanı yetişən kimi Putin dərhal bunu edib.

"Bizim baş nazir Netanyahu Putinlə dost olduğunu güman edəndə dəhşətli dərəcədə haqsız olub. Əlbəttə, bu, belə deyil. Baxın, o, Çubaysı təhqir etmək istəyən kimi onun yəhudi olduğunu hamıya xatırladıb", - Quberman deyib.

Şairin fikrincə, bu, təhqirdir. Hər halda bu gün o, İsrailə nifrət etməlidir", - Quberman bəyan edib.

Daha sonra Quberman Qafqazda antisemitizmin təzahürlərini şərh edib. O, deyib ki, Rusiyada çoxsaylı regionlar var ki, ölkədən ayrılıb, "tamamilə sakitcə öz ömürlərini yaşamaq istəyir".

Jurnalist Dağıstanda baş verən hadisələr barədə sual edib: "Bunu necə izah etmək olar? Bunu Rusiya üçün qanunauyğun, normal hadisə hesab etmək olarmı?" - jurnalist soruşub.

Quberman cavabında deyib ki, bu gün Qafqaz Rusiyadan azad olmaq istəyir, söhbət bütün Qafqazdan gedir. Lakin hələlik Rusiya hakimiyyətinə qarşı çıxa bilmir, yəhudilərin üzərində məşq edirlər. Yaxşı hədəfdir, obyektdir, uğurlu da alınır", - Quberman güman edir.

Şair xəbərdarlıq edib ki, o, geosiyasətçi deyil və "Rusiya torpaqlarını bölməyə hazır deyil", lakin Rusiyanın çöküşü gerçəkdir və ayrılan təkcə Qafqaz olmayacaq.

"Bir çox rayonlar, diyarlar, respublikalar var ki, tamamilə ayrılmağa hazırdır və öz həyatlarını sakit və sərbəst yaşaya bilər. Yakutiya, Sibir, Uzaq Şərq, Tatarıstan və s.

Elə müttəfiq respublikaların SSRİ-dən ayrıldığı kimi, bir çox regionlar da böyük sevinclə Rusiyadan ayrılacaq. Düşünürəm ki, belə regionlar olacaq, bunun dinc yolla olacağını isə mən bilmirəm", - Quberman deyib.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.