İranlı hərbçidən rusiyalı generala təklif: “Biz dron verək, siz isə əvəzində...” - VİDEO

14-11-2023, 08:56           
İranlı hərbçidən rusiyalı generala təklif: “Biz dron verək, siz isə əvəzində...” - VİDEO
İran və Rusiya Ukraynada müharibə başlamazdan üç il öncə dronların istehsalı üzrə əməkdaşlığa başlayıb.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, SEPAH-a bağlı media İran İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı general-mayor Əmir Əli Hacızadə ilə onun rusiyalı keçmiş həmkarı Sergey Surovikin arasında 2019-cu ildə baş tutan görüşün videosunu paylaşıb.

“Pilotsuz uçuş aparatları bu gün, xüsusən də gələcək üçün, şübhəsiz ki, nəhəng bir gücdür. Siz kosmik sənayeninin yaradılmasında bizə kömək edirsiniz, biz də sizə dron sənayesində yardım edəcəyik”, - deyə, Əmir Əli Hacızadə qeyd edib.

Videodan da göründüyü kimi, tərəflər arasında dialoq əl sıxma ilə başa çatır.
Qeyd edək ki, bu görüntülər ilk dəfə İranın təkmilləşdirilmiş Şahid-131/136 pilotsuz təyyarələrini nümayiş etdirən “Bayraqdar” sənədli filminin treylerində dərc edilib. Filmdə İran və Rusiya arasında hərbi-texniki əməkdaşlıqdan da söz açılır.
https://t.me/AzadIranTelegram/28794












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru