Şahramanyan NƏYİN PEŞİNDƏDİR?.. - GÖRÜŞLƏR KEÇİRİR...

14-11-2023, 09:39           
Şahramanyan NƏYİN PEŞİNDƏDİR?.. -
Gorbagor(!) “artsax” separatçı-terrorçu rejiminin sonuncu qondarma “prezidenti” Samvel Şahramanyan bu yaxınlarda Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan və ikinci prezident, Xocalı canisi Robert Köçəryanla görüşüb.

Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.

Görüşlərin ayrıca keçirildiyi bildirilir. Tərəflər əsasən 19 sentyabra qədər Yuxarı Qarabağda hökm sürən vəziyyəti, bir günlük müharibəni, ermənilərin təxliyəsini müzakirə ediblər. Gələcək planlar barədə, demək olar ki, danışılmayıb.

Erməni nəşri daha əvvəl Şahramanyanın Ermənistana gəldikdən sonra Ermənistanın digər Xocalı canisi, üçüncü prezident Serj Sarkisyanla da görüşdüyü haqda yazdığını xatırladır.

“Artsaxın informasiya qərargahı naməlum QHT nümayəndələri ilə Şahramanyan arasında görüş barədə məlumat verməyi zəruri hesab etdiyi halda, bəlkə də siyasi spekulyasiyadan yayınaraq, həmin görüşlər barədə heç bir informasiya yaymayıb” -deyə sonda erməni qəzeti vurğulayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru