“Rusiya və Fələstinə görə türk şirkətlərinə qarşı sanksiya tətbiq edilə bilər”

1-12-2023, 10:14           
“Rusiya və Fələstinə görə türk şirkətlərinə qarşı sanksiya tətbiq edilə bilər”
ABŞ Prezidenti Co Baydenin administrasiyası Türkiyəni Rusiyaya və Fələstinin HƏMAS hərəkatına dəstəkə görə məhdudlaşdırıcı tədbirlərlə hədələyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşr bildirir ki, Qərbin anti-Rusiya məhdudiyyətlərindən yayınarsa, türk şirkətləri və şəxsləri sanksiyalar siyahısına daxil olmaq riski ilə üzləşirlər.
Məlumatda həmçinin ABŞ Maliyyə Nazirinin müavini Brayan Nelsonun Türkiyə ilə görüş ərəfəsində dediyi də sitat gətirilib:
“Biz bunu dayandırmaq üçün mümkün olan hər şeyi etməyə qərarlıyıq və bunu Türkiyə ilə ortaq şəkildə etmək istəyirik, eyni zamanda birtərəfli hərəkət etməyə də hazırıq. HƏMAS-ın növbəti hücumu Türkiyənin maliyyə və ya yardımı ilə bağlı olsa, çox pis olardı”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru