“Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətnində nələr olmalıdır” mövzusu ətrafında dəyirmi masa keçirməyə ehtiyac var

2-12-2023, 12:34           
“Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətnində nələr olmalıdır” mövzusu ətrafında dəyirmi masa keçirməyə ehtiyac var
Günaz TV-nin “Həftə sonu” proqramında qonaqlarım Xalq Partiyasının sədri Pənah Hüseyn və Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə idi. Əsas mövzumuz Azərbaycanla Ermənistan arasındakı danışıqların gedişatı və böyük dövlətlərin bölgəyə və danışıqlara təsir imkanları idi. Müzakirələrdən gəlidiyim qənaət bu oldu ki, sülh sazişinin mətni ilə bağlı fərqli yanaşmalar var. Misal üçün deyildi ki, Azərbaycan qalib tərəf kimi Ermənistana şərtlərini diqtə etməlidir və ya Zəngəzur dəhlizinin işə salınması üçün bütün alternativlərdən istifadə etməliyik.
Şübhəsiz fərqli düşünənlər, o cümlədən “iki ölkə bir-birinin ərazi bütövlüyü tanımaqla sülh sazişi imzalana bilər” deyənlər də az deyil. Fikrimcə, “Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətnində nələr olmalıdır” mövzusu ətrafında dəyirmi masa keçirməyə ehtiyac var. Belə bir dəyirmi masada səslənən fikirlər Ermənistana da mesajımız olar.
Elxan Şahinoğlu
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.