Ukraynanın elektrik şəbəkəsi Rusiyanın intensiv hücumlarına hazırlaşır VİDEO

7-12-2023, 07:52           
Ukraynanın elektrik şəbəkəsi Rusiyanın intensiv hücumlarına hazırlaşır   VİDEO
Ukraynadakı müharibədə artıq ikinci qış gəlib və ölkə bu qışın ötən ilki kimi çətin keçməməsini təmin etməyə çalışır. Həmin zaman Rusiyanın açdığı atəş elektrik şəbəkəsinə və istilik ötürmə sistemlərinə böyük ziyan vurmuşdu.

2022-ci ildə Rusisiyanın intensiv atəşi nəticəsində Ukraynanın enerji infrastrukturuna ciddi ziyan dəymişdi.

Rəsmilər deyir ki, enerji infrastrukturunun təxminən 50 faizi vurulmuşdu və nəticədə milyonlarla ukraynalı qışın bir hissəsini istiliksiz və elektriksiz keçirmişdi.

Ukraynanın Enerji Sənayesi Araşdırma Mərkəzinin direktoru Oleksandr Harçenko Rusiya qüvvələrinin bu il də hava temperaturunun aşağı düşməsi ilə elektrik şəbəkəsinə və başqa hədəflərə hücumlarını artıracağını gözləyir.

“Düşünürəm ki, [Rusiya qüvvələri] onlar üçün uyğun zamanı gözləyirlər və onlar inanr ki, bu uyğun zaman soyuq havadır. Və onalr hücumlara təkrar başlamaq üçün çox soyuq havanı gözləyirlər,” o deyir.

Harçenko deyir ki, Ukrayna ötən qışdan dərs çıxarıb.

“Biz sağ qaldıq və biz bu aradakı vaxtı, yeddi-səkkiz ayı, sistemimizi bərpa etməyə sərf etdik və diqqəti fiziki mühafizəyə, hava hücumdan müdafiəyə, sistemin insanlara xidmət imkanlarının bərpasına yönəltdik,” Harçenko bildirir.

Ukraynanın ən böyük elektrik istehsalçısı Energoatom-un prezidenti Petro Kotin deyir ki, bu qış ölkə Rusiyanın raket hücumlarına rəğmən tam gücü ilə enerji istehsal etməyə və paylamağa hazırdır.

“Biz doqquz bölmənin hamısının şəbəkədə olmasını gözləyirik və biz bu bölmələrin mühafizəsini artırdıq, fiziki mühafizəni nəzərdə tuturam,” Energoatom-un prezidenti Petro Kotin deyir.

Müharibə zamanındakı təhlükəsizlik məhdudiyətləri səbəbilə rəsmilər bu mühafizə tədbirlərini açıqlaya bilmirlər.

Kotin Amerikanın Səsinə bildirib ki, Ukrayna bu qışın çətinliklərinə qarşı mübarizə aparmaqla yanaşı həmçinin uzun-müddətli enerji təhlükəsizliyi strategiyasını həyata keçirməyə başlayıb.

Ölkə sovet dövründən qalma VVER-440 reaktorları üçün istifadə olunan Rusiyanın nüvə yanacağından asılılığını tamamilə aradan qaldırmaq istəyir.

Sentyabr ayında reaktorardan birinə ilk dəfə olaraq ABŞ-da qərargahanan Westinghouse Elektrik Şirkətinin təchiz etdiyi yanacaq yüklənib. Plan onun yaxın gələcəkdə Rusiya yanacağını tamamilə əvəz etməsidir.

“VVER-440, bu Avropa boyu 16 reaktordur və onların hamısı Rusiya yancağı ilə işləyir///və biz biz bu kiçik VVER-440 reaktorlarına yalnız Venstinqhous yanacağını yükləmək prosesinə başlamışıq,” Petro Kotin deyir.

Ukrayna Rusiyanın enerjisindən asılılıqdan tam şəkildə qurtulmağı hədəfləsə də, hazırda onun əsas narahatlığı, Rusiya kritik infrastrukturu intensiv atəşə tutduğu vaxtda, növbəti qışdan sağ çıxmaqdır.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.