Olaf Şolts antireytinq rekordunu yeniləyib

8-12-2023, 17:34           
Olaf Şolts antireytinq rekordunu yeniləyib
Almaniyanın kansleri Olaf Şolts antireytinq rekordunu yeniləyib.

“ARD Germany”nin son sorğusu göstərib ki, Almaniya vətəndaşlarının yalnız 20%-i onun işindən razıdır.

Bu, kanslerin 1997-ci ildən bəri ən aşağı reytinqidir.

ARD-ın sorğusuna görə, son bir ayda Şolts populyarlığını cəmi 8% itirib. Onun SPD partiyası da həmçinin öz populyarlığını itirir. Araşdırmaya görə, növbəti seçkilərdə o, təxminən 14% səs alacaq. Sorğular göstərir ki, sosial-semokratlar hətta 15% təşkil edən “Yaşıllar”dan da geri qalır.
Ən çox CDU və CSU İttifaqının - 32% səs alacağı gözlənilir. Sol və FDP böyük ehtimalla Bundestaqa daxil olmayacaq, “Almaniya üçün Alternativ” partiyası isə 21% nəticə ilə ikinci partiya olacaq.

Mənbə: BILD












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru