ABŞ prezidentliyinə namizəd İlon Maskla canlı yayım zamanı təbii ehtiyacını ödədi - VİDEO

12-12-2023, 16:14           
ABŞ prezidentliyinə namizəd İlon Maskla canlı yayım zamanı təbii ehtiyacını ödədi - VİDEO
Respublikaçı partiyasından ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) canlı yayım zamanı mobil telefonun mikrofonunu açıq qoyub və İlon Mask da daxil olmaqla bir neçə məşhur amerikalı ilə canlı yayımda ayaqyoluna baş çəkib.

Sahibkar ABŞ prezidentliyinə namizədin bu cür hərəkətlərindən pərt olub.

Ramasvami mikrofonun söndürülmədiyini öyrənən kimi translyasiya iştirakçılarından üzr istəyib.

“Ümid edirəm ki, özünüzü daha yaxşı hiss edirsiniz”, - deyə Mask Ramasvamiyə müraciət edib.
O da öz növbəsində özünü əla hiss etdiyini bildirib.

Qeyd edək ki, həmin vaxt canlı yayımı 100 minə yaxın insan izləyib.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru