Rusiyanın işğal etdiyi ərazidə insan hüquqları pozulur - Zurabişvili

12-12-2023, 15:58           
Rusiyanın işğal etdiyi ərazidə insan hüquqları pozulur - Zurabişvili
"İşğal olunmuş Abxaziyada daha bir gürcü vətəndaşı Temur Karbayanın ölümü Rusiyanın işğal etdiyi ərazilərdə əsas insan hüquqlarının kobud şəkildə pozulmasının faciəvi xatırlatmasıdır”.

Bunu Gürcüstan prezidenti Salome Zurabişvili sosial şəbəkə hesabında yazıb.

O xatırladıb ki, faciə dekabrın 10-da, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 75-ci ildönümünün qeyd edildiyi gün baş verib.

Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili mətbuata açıqlamasında Gürcüstan ərazilərinin Rusiya işğalına son qoyulmasının vacibliyini vurğulayıb:

“İşğal təkcə Gürcüstanın ərazi bütövlüyünün pozulması deyil, həm də hər şeydən əvvəl işğal altında olan rayonlarda insan hüquqlarının pozulması deməkdir".
Mənbə: yenisabah.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru