İrəvanda Laçın “abidələrinin sərgisi”... - Laçın şəhərindəki işğal dövründə tikilmiş kilsənin də fotosu var...

13-12-2023, 12:36           
İrəvanda Laçın “abidələrinin sərgisi”... -
Ermənistan Təhsil və Mədəniyyət Nazirliyinin Tarix-Mədəniyyət Qoruğu-Muzeyləri və Tarixi Ətraf Mühitin Mühafizəsi Xidmətinin təşəbbüsü ilə İrəvanın rəsm qalareyalarından birində “Kaşatağ” sərgisi təşkil olunub.

Moderator.az xəbər verir ki, “Armenpress” in məlumatına görə, “sərgidə işğal dövründə Kaşatağ (Laçın) rayonunun tarix və mədəniyyət abidələrinin, o cümlədən qədim körpülərin, kilsələrin, xaçkarların, qalaların və qalaların fotoşəkilləri təqdim olunub”.

138 tematik fotonun nümayiş olunduğu sərginin müəllifi fotoqraf, qondarma “Kaşatağ” “rayon” administrasiyasının “Meran” “rəsmi” qəzetinin redaktoru Zöhrab Yrkoyandır.

“Sərginin açılışında Kaşatağ administrasiyasının keçmiş rəhbəri Aleksan Akopyan əvvəlcə bu il bölgənin yaradılmasının 30 illiyini qeyd edib və bunun yeni artsax hərəkatının yaranmasına təkan verdiyinə inandığını bildirib”,- xəbərdə belə deyilir.

“İtirdiklərimiz ruhumuzda qaldı, yaddaşımızda qaldı və illər keçsə də, insanların yaddaşında, ruhunda, tarixində qalacaq”,- deyə A.Akopyan çərənləyib.

Xatırladaq ki, üzdəniraq “Kaşatağ” “rayonu” separatçı-terrorçu rejim tərəfindən 1993-cü ildə Azərbaycan Respublikasının o dövrdə tam işğal olunmuş Laçın, Qubadlı və Zəngilan rayonları ərazisində qondarılıb.

Onu da vurğulayaq ki, İrəvandakı sözügedən sərgidə nümayiş olunan qondarma “eksponat”lar arasında Laçındakı qədim türklərin IX əsrə aid Ağoğlan məbədi, Mirik kəndi ərazisindəki XV əsə aid qala-məbəd və s. “erməni”ləşdirilmiş abidələrimizlə yanaşı, 1997-ci ildə, yəni işğal dövründə ermənilər tərəfindən rayon mərkəzində məcburi köçkün salınmış sakinlərdən birinin evinin yerində tikilmiş və Laçın şəhəri azad olunduqdan sonra da qoruyub saxladığımız erməni kilsəsinin də fotosu var...
İnanırıq ki, tezliklə Mədəniyyət Nazirliyi, Milli Elmlər Akademiyasının Tarix İnstitutu, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və digər qurumlarımızın mütəxəssisləri İrəvandakı bu qondarma sərgiyə müvafiq cavab verəcəklər...













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru