Rusiyaya ərazi verməyi təklif etdilər – Ölkə liderindən sərt reaksiya

13-12-2023, 15:27           
Rusiyaya ərazi verməyi təklif etdilər –
Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin Rusiya tərəfindən işğal olunmuş ərazilərindən imtina etməyi təklif edənlərə müraciət edib.

Teleqraf.com xəbər verir ki, təklifə sərt reaksiya verən ölkə lideri bunun mümkün olmadığını deyib.

“Sual təkcə sözlərimizdə və ya düşüncələrimizdə deyil. Sual budur ki, biz nəyə hazırıq, nəyə hazır deyilik? Ukrayna öz ərazilərindən necə imtina edə bilər? Bu, dəlilik olardı. Tez-tez Tanrını xatırlayın. Orada bizimkilər yaşayırlar, ailələrimiz orada yaşayır, orada uşaqlar yaşayırlar”, - Zelenski vurğulayıb.

Ukrayna prezidenti məsələnin təkcə torpaq olmadığını söyləyib:

“Söhbət canlı insanlardan gedir, onlar aşağılanır, təcavüzə məruz qalırlar, öldürülürlər. Məsələ təkcə torpaqla bağlı deyil, orada yaşayan insanlarla, onların taleləri və hekayələri ilə bağlıdır. Məsələ bu ailələr, onların övladları ilə əlaqəlidir. Uşaqları verək? Onlara bir sualım var: övladlarını terrorçuların əllərinə verməyə hazırdırlarmı? Məncə yox”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru