Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ruslar üçün Avropa ölkələrinə alternativ tapıb. Siyasətçi həmyerlilərinə Afrikaya səyahət etməyi tövsiyə edib.
32gun.az bildirir ki, bu barədə RİA Novosti yazıb.
Medvedev xatırladıb ki, Avropa sakinləri indi rusları görmək istəmirlər. Daha sonra Təhlükəsizlik Şurası sədrinin müavini Afrika ölkələrində istirahət, eləcə də Rusiya ətrafında səyahətlə bağlı məsləhətlər verib. O, öz təcrübəsinə toxunaraq bildirib ki, Afrikada qəbul yaxşıdır.