Finlandiya Rusiya ilə sərhəddə 2 məntəqənin fəaliyyətini bərpa etdi

14-12-2023, 12:27           
Finlandiya Rusiya ilə sərhəddə 2 məntəqənin fəaliyyətini bərpa etdi
Finlandiya dekabrın 14-nə keçən gecə Rusiya ilə sərhəddə “Vaalimaa” və “Niirala” nəzarət-buraxılış məntəqələrinin işini 1 aylıq bərpa edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Finlandiyanın Nazirlər Kabineti yayıb.

Ümumilikdə Finlandiya-Rusiya sərhədində 8 nəzarət-buraxılış məntəqəsi var. Bildirilir ki, digər 6 məntəqə 2024-cü il yanvarın 14-nə qədər bağlı qalacaq.

Xatırladaq ki, Finlandiya rəhbərliyi Rusiya ilə demək olar ki, bütün nəzarət-buraxılış məntəqələrini dekabrın 23-nə qədər bağlamaq barədə qərar vermişdi. Bu müddətin uzadılacağı istisna edilmirdi. Ölkənin bu qərarı qanunsuz miqrant axını ilə əlaqələndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru