Şarl Mişel: Aİ Ukraynaya 50 milyard avroluq yardım proqramını yanvarda təsdiq edəcək

15-12-2023, 11:38           
Şarl Mişel: Aİ Ukraynaya 50 milyard avroluq yardım proqramını yanvarda təsdiq edəcək
Macarıstanın baş naziri Viktor Orban səsvermənin qarşısını aldıqdan sonra Avropa İttifaqı 2024-cü ilin yanvarında Ukraynaya 50 milyard avroluq yardım proqramını təsdiq edəcək.

APA-nın məlumatına görə, bunu Avropa Şurasının rəhbəri Şarl Mişel deyib.

“Bugünkü iclasımızı yenicə başa vurduq. Yanvarda bu mövzuya qayıdacağıq, əminəm ki, konsensusa nail olacağıq”, - deyə Mişel səsvermənin nəticələrindən sonra bildirib.

Sammitin əsas mövzularından biri Ukraynaya 2027-ci ilin sonuna qədər 50 milyard avro dəyərində yardım proqramı olub. Avropa Komissiyası Kiyevə 33 milyard avro kredit və qrant şəklində 17 milyard avro ayırmağı vəd edir. Mişel qeyd edib ki, yalnız Macarıstan Ukraynaya maliyyə yardımının verilməsinə qarşı çıxıb. Macarıstanın baş naziri Viktor Orban Ukraynaya milyardlarla avro büdcə yardımına veto qoyub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru