Tezliklə Ərdoğanın kiçik qardaşı olacağıq - Şarmazanov
15-12-2023, 11:56
Ermənistanla Azərbaycan arasında birbaşa danışıqlar aparılmır, bu məsələnin xaç atası Türkiyədir.
Bu iddia ilə Ermənistanın müxalif siyasətçisi Eduard Şarmazanov birbaşa danışıqlar nəticəsində əsirlərin qarşılıqlı dəyişdirilməsi prosesi haqda deyib.
O bildirib ki, Rusiya bölgədən gedə bilər:
“Onda biz dərhal Ərdoğanın kiçik qardaşları olacağıq. Burada Rusiyanın neytrallaşdırılması baxımından Türkiyə ilə Qərbin maraqları üst-üstə düşür. Qərbin məqsədi artan Rusiya-Qərb münaqişəsi fonunda Cənubi Qafqazda Rusiyanın mövcudluğunu zəiflətməkdir. Ermənistandakı antirusiya əhval-ruhiyyəsinin səbəbi də budur”.
Şarmazanovun fikrincə, Cənubi Qafqazda Rusiyanın yox, Türkiyənin “gözətçi” olması Qərbin marağındadır. Mənbə: axar.az