HƏBSDƏ OLAN JURNALİST HAFİZ BABALININ RƏSMİ

16-12-2023, 00:05           
HƏBSDƏ OLAN JURNALİST HAFİZ BABALININ RƏSMİ
İtalialı karikaturaçı Gianluca Costantini üç aylıq həbs edilən, Azərbaycanda irimiqyaslı korrupsia haqqında bir sıra maraqlı araşdırmaların müəllifi, tanınmış jurnalist Hafiz Babalı barədə paylaşım edib. Rəssamın çəkdiyi bu şəkildə Hafiz haqqında qısa məlumat yazılıb.
Hafiz bəy son günlər ərzində həbs olunan sonuncu jurnalistdir, ondan əvvəl Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Nərgiz Absalamova, Əziz Orucov, Rüfət Muradlı və başqaları həbs olunub.
Hafiz Babalı həbs olunan sonuncu jurnalistdir, amma sonuncu həbs olunan deyil - ondan sonra tanınmış siyasi lider Tofiq Yaqublu həbs olunub.
Son dörd ay ərzində həbs olunan dünyada tanınan iqtisadçı-alim Qubad İbadoğlu, daha əvvəl həbs olunan cəbhəçilər Əlizamin Salayev, Niyaməddin Əhmədov, keçmiş deputat, iqtisadçıekspert vəiş adamı Nazim Bəydəmirli, dini lider Hacı Tale Bağırzadə, tanınmış bloger Bəxtiyar Hacıyev və bir çox başqaları həbs edilib.
Bu həbslərin hamısı Azərbaycanda tənqidi səsləri susdurmaq, tənqidi boğub yox eləmək məqsədi daşıyır. Alınmayacaq! Söz azadlığının qarşısını almaqolar, müvəqqəti, amma yox etmək mümkün olmayacaq.
Jurnalistika cinayət deyil! Müxalif siyasi fəaliyyət də cinayət deyil!
Bütün siyasi məhbuslar azad edilməlidir!
#JournalismIsNotACrime
Çingiz Sultansoy












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.