AMİP prezident seçkisi ilə bağlı qərar verdi

15-12-2023, 21:25           
AMİP prezident seçkisi ilə bağlı qərar verdi
Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) növbədənkənar prezidnet seçkilərində iştirak etməyəcək.
Bu barədə qərar bu gün partiyanın Siyasi Şurasının genişləndirilmiş iclasında qəbul edilib.
AMİP-dən bildirilib ki, partiya növbəti ildə parlament və bələdiyyə seçkilərinin keçiriləcəyi ehtimalını nəzərə alaraq resurslarının məhz bu istiqamətlərə istifadə edilməsini məqsədəuyğun hesab edib.
AMİP üzvlərinin bəziləri seçkilərdə müşahidəçi kimi iştirak edəcək.
Qeyd edək ki, bu gün Yeni Azərbaycan Partiyası (YAP) Prezident İlham Əliyevin namizədliyini irəli sürüb. Müsavat Partiyası isə seçkilərdə iştirakdan imtina edib.
bakiposta












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru