Şarl Mişel: Aİ-yə üzv 26 dövlət Ukraynaya maliyyə dəstəyinin verilməsinə razılaşıb

16-12-2023, 08:23           
Şarl Mişel: Aİ-yə üzv 26 dövlət Ukraynaya maliyyə dəstəyinin verilməsinə razılaşıb
Ukraynaya maliyyə dəstəyini müzakirə etmək üçün gələn ilin əvvəlində Aİ ölkələrinin liderlərinin sammiti keçiriləcək.

Bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel iki gündür ki davam edən sammitinin yekununa dair mətbuat konfransında deyib.

"Mən əminəm və nikbinəm ki, biz Ukraynanı maliyyə imkanları ilə dəstəkləmək vədimizi yerinə yetirmək iqtidarında olacağıq", - Mişel deyib.

O əlavə edib ki, indiyədək 26 üzv dövlət Ukraynaya maliyyə dəstəyinin verilməsinə razılaşıb.

Xatırladaq ki, dünən Macarıstan Kiyevə 50 milyard avro yardım paketi verməklə bağlı razılaşmanın qarşısını alıb.

Rusiyanın müharibəsinin Aİ-ni transformasiyaya uğratdığını deyən Şarl Mişel Ukrayna və Moldova ilə üzvlük danışıqlarının açılması qərarının tarixi əhəmiyyətə malik olduğunu bildirib.

"Biz tam əminik ki, genişlənmə sülhə, təhlükəsizliyə və firavanlığa sərmayədir. Bu, bizim Avropa vətəndaşlarımıza, namizəd ölkələrin vətəndaşlarına və dünyanın qalan hissəsinə göndərdiyimiz çox güclü siyasi mesajdır", Aİ Şurasının Prezidenti vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.